
“Şamaxı”nın sabiq futbolçusu Anatoli Abanq Bakıya səfər edib.
Ötən mövsüm “Keşlə”nin şərəfini qoruyan, hazırda Birləşmiş Ərəb Əmirliklərində legioner həyatı yaşayan Anatoli Abanq istirahət üçün ölkəmizə gəlib.
2 il əvvəl azərbaycanlı qadınla evlənən, bu üzdən xanımı və övladı ilə birgə yolunu tez-tez Bakıdan salan kamerunlu forvard alış-veriş mərkəzlərinin birində Zubirlə rastlaşıb.
Abanq “Qarabağ”ın ulduzunu görüncə, onun şəkil çəkdirib və həmin fotonu “instagram” hesabında paylaşıb.
Ucaboy forvard Abdullah haqda bu sözləri yazıb:
“Səni görmək xoş oldu, qardaş. Sənə qarşıdakı oyunda uğur arzulayıram”.
Cari mövsümdə 49 oyunda 10 qol vurub, 8 məhsuldar ötürmə verən Abdullah Zubirin “Qarabağ”la müqaviləsinin müddəti 2024-cü ilə qədərdir.
HƏBİB / SPORTİNFO.AZ