“Lex” – “Qarabağ” oyunu bu kanalda canlı yayımlanacaq

4 İyul 2022 00:30 Qarabağ 13 979
“Lex” – “Qarabağ” oyunu bu kanalda canlı yayımlanacaq

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”la Polşanın “Lex” komandası arasında keçiriləcək oyunlar canlı yayımlanacaq.

Sportinfo.az xəbər verir ki, Ağdam klubu iyulun 5-də Polşada “Lex”in qonağı olacaq.

Bu oyun “CBC Sport” kanalı vasitəsilə canlı göstəriləcək. İyulun 5-də Poznan stadionunda keçiriləcək matça Bakı vaxtı ilə 22:00-da start veriləcək.

Bu komandaların bir həftə sonra Bakıda keçiriləcək matçını da böyük ehtimalla bu telekanal canlı nümayiş etdirəcək.

Digər Xəbərlər
Xəbər Lenti