“Qarabağ”a keçən həmyerlisi haqda nələr söylədi?

17 Yanvar 2022 02:20 Qarabağ 810
“Qarabağ”a keçən həmyerlisi haqda nələr söylədi?

“Qarabağ” Gürcüstan millisinin qapıçısı Luka Quqeşaşvilini rəsmi olaraq heyətinə qatdığını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Ağdam klubunun sabiq futbolçusu Aleksandr Qoqeberişvili sportal.az-a açıqlama verib.

Veteran futbolçu həmyerlisi, Quqeşaşvilinin Ağdam klubundakı perspektivi barədə danışıb:

"Təbii ki, Lukanın “Qarabağ”a keçidindən xəbərdaram. Məncə, “Qarabağ” heyətinə perspektivli qapıçı cəlb edib.

Lukanın çıxışını daim izləyirdim. Həqiqətən də çox yaxşı sezon keçirdi. Ötən mövsüm də qapıda stabil və etibarlı dayanmışdı. Lukaya “Qarabağ”da uğurlar arzu edirəm”.

​Aleksandr Qoqoberişvili 2008-2009-cu illərdə “Qarabağ”da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda