"Qarabağ"ı ciddiyə almadıq, bizi cəzalandırdılar”

5 Avqust 2021 09:00 Qarabağ 1 131
"Qarabağ"ı ciddiyə almadıq, bizi cəzalandırdılar”

"Həmin oyun çox çətin alınmışdı”.

Sportinfo.az xəbər verir ki, bu fikirləri APOEL-in sabiq futboçusu Giorqos Merkis deyib.

2019/2020 mövsümündə evdə "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları Çempionla Liqasının III təsnifat mərhələsinin ilk oyununu xatırlayan Kipr millisinin keçmiş müdafiəçisi səfərdə əzmkar qələbə sayəsində mərhələ adladıqlarını söyləyib:

“Daha əvvəl güclü komandalara qarşı oynadığımız üçün "Qarabağ"ı ciddiyə almamışdıq. Nəticədə rəqib ilk qarşılaşmada bizi cəzalandırdı.

Hətta 3 və 4-cü qolları da vura bilərdilər. Xoşbəxtlikdən bəxtimiz gətirdi və mən buraxılan toplardan birinin əvəzini çıxdım.

Bu, cavab matçı öncəsi bizə inam gətirdi. Bakıda 2:0 hesabı ilə qalib gəlib mərhələ adladıq. Halbuki "Qarabağ" son illərdə evdə heç vaxt 2 top fərqi ilə uduzmamışdı".

Digər Xəbərlər
Xəbər Lenti