“Qarabağ” yığmanın müdafiəçisi ilə hansı şərtlərlə anlaşıb?

28 İyul 2021 15:00 Qarabağ 1 287
“Qarabağ” yığmanın müdafiəçisi ilə hansı şərtlərlə anlaşıb?

“Sabah”dan ayrılaraq “Əl-Əyn”ə keçməyə hazırlaşan, lakin transferi son anda “düyün”ə düşən Bəhlul Mustafazadənin “Qarabağ”la anlaşmağa hazırlaşması barədə məlumat vermişdik.

Birləşmiş Ərəb Əmirlikləri klubundan FİFA-ya şikəyət etmək qərarına gələn müdafiəçinin “köhlən atlılar”la müqavilə şərtləri məlum olub.

Millinin 24 yaşlı oyunçusu Ağdam təmsilçisi ilə 3 illik (2+1) kontrakta imza atacaq.

Razılaşmaya əsasən, gələn ilin yayında ona ölkə xaricindən təklif gələrsə, “Qarabağ” sərbəst qalmasını təmin edəcək. Təbii ki, klubun maraqlarını gözləmək şərti ilə.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti