"Neftçi" ilə "Qarabağ"ın problemi eynidir: "Kim bundan istifadə etsə…"

25 Fevral 2021 14:40 Qarabağ 619
"Neftçi" ilə "Qarabağ"ın problemi eynidir: "Kim bundan istifadə etsə…"

"Hiss olunur ki, "Neftçi" öz oyununu axtarır".

Bu sözləri Sportinfo.az-a açıqlamasında veteran məşqçi Ağasəlim Mircavadov deyib.

Sonuncu dəfə 10 il qabaq "Xəzər Lənkəran"ı çalışdırmış mütəxəssis paytact təmsilçisinin əsas çatışmazlığını belə açııqlayıb:

"Hücumda problemləri olduğu görünür. Mənim düşüncəmə görə oyunu orta xətt aparmalı və hücumçuları açılmağa məcbur etməlidir".

Mircavadov "Qarabağ"ın son turlar zəif çıxışını isə belə əsaslandırıb: "Qarabağ"da neçə illərdir qol vuran hücumçu problemi var. Son oyunda da Mahir Emreli bir neçə yaxşı imkanı qaçırdı.

Son oyunlarda "Qarabağ"da alınmır. Amma qalan oyunlarda "Qarabağ" istədiyini edəcək. Bunun söhbəti yoxdur. Son oyunlarda zədəli futbolçulara görə orta xəttin çıxışı yaxşı alınmırdı.

Hücumçular geridən oynamağa məcbur qalırdılar. Komanda əvvəlki oyunun oynayır. Meydana çıxan cavanlar da buna çalışır. "Qarabağ", adətən, qol vəziyyətlərin çox yaradırdı.

İndi bunu görə bilmirik. Düzdür, son iki oyundakı nəticələr ürəkaçan deyil. Çempion olmaq istəyirsənsə, bütün oyunları udmalısan

. Gərginlik davam edəcək. Kim bundan istifadə edə bilsə, çempion olacaq".

Digər Xəbərlər
Xəbər Lenti