"İstəyirlər ki, maksimum dərəcədə sponsorlar cəlb olunsun"

25 Yanvar 2021 19:40 Qarabağ 686
"İstəyirlər ki, maksimum dərəcədə sponsorlar cəlb olunsun"

"Böyük klublar da istəyirlər ki, maraq əvvəlki dönəmlərdə keçirilmiş və sonradan ləğv olunmuş yarışlardakı kimi olmasın".

Sportinfo.az xəbər verir ki, bu fikirlər "Qarabağ"ın baş meneceri Asif Əsgorova məxsusdur.

Avropa Klublar Birliyinin (ECA) İşçi Qrupunun sədr müavini olan təcrübəli funksioner bu il dəfə keçiriləcək Konfrans Liqası haqda rəyini bildiri,

Onun sözlərinə görə, bütün klublar bu yarışa marağın çox olmasının tərəfdarıdır: "Məsələn, əvvəl İntertoto Kuboku keçirillirdi və sonradan ləğv edildi.

Konfrans Liqasının aqibətinin bu cür olmasını istəmirlər. İstəyirlər ki, maksimum dərəcədə sponsorlar cəlb olunsun. Konfrans Liqası Avropa Liqası ilə eyni gündə başlayacaq. Çalışırlar ki, bu turniri də Avropa Liqası səviyyəsində keçirsinlər".

Digər Xəbərlər
Xəbər Lenti