“Neftçi”nin legioneri Azərbaycanda qalmalı oldu - Müharibəyə görə

11 Oktyabr 2023 09:00 Neftçi 1 368
“Neftçi”nin legioneri Azərbaycanda qalmalı oldu - Müharibəyə görə

“Neftçi”nin yarımmüdafiəçisi Ataa Caber Fələstin millisinə dəvət alıb.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı legioner millinin iştirakı ilə oktyabrın 9-dan 18-dək Malayziyada keçiriləcək “Merdeka” turnirinə çağırılanlar arasında yer alıb.

Amma o, toplanışda iştirak etməyəcək. Fələstin seçməsi ölkədəki gərgin vəziyyətə görə Kuala-Lumpura uça bilmədiyi üçün son anda iştirakdan imtina edib,

Ataa Caber isə hazırda ölkəsinə giriş edə bilmədiyi üçün toplanışı buraxmalı olub.

O. Fələstin milli komandasının heyətində 4 oyunda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti