Paytaxt klubundan 50 milyonluq transfer - 5 illik müqavilə

31 İyul 2021 00:00 İngiltərə 422
Paytaxt klubundan 50 milyonluq transfer - 5 illik müqavilə

“Arsenal” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, London təmsilçisi “Brayton”un müdafiəçisi Ben Uaytı transfer edib.

Bu barədə “topçular”ın rəsmi saytı məlumat yayıb. İngiltərə millisinin də üzvü olan 23 yaşlı mərkəz müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb.

İngiltərə mətbuatının yazdığına görə, “Arsenal” bu transferə görə “Brayton”a 50 milyon funt-sterlinq ödəyəcək.

Ben Uayt peşəkar futbolçu karyerasına məhz “Brayton”da başlayıb. Amma o, əvvəlki mövsümlərdə “Nyuport Kaunti”, “Piterboro Yunayted” və “Lids” klublarında icarədə də oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti