"Bakı və İrəvan razılığa gəlsə, Rusiyanın Ermənistandakı mövcudluğu sona çatacaq"

24 May 2023 03:30 Hadisə 445
"Bakı və İrəvan razılığa gəlsə, Rusiyanın Ermənistandakı mövcudluğu sona çatacaq"

“Əgər İrəvan və Bakı razılığa gəlsə, Rusiyanın Ermənistandakı mövcudluğu sona çatacaq”.

Bu fikrin müəllifi erməni politoloq Ruben Mehrabyandır. Erməni ekspert Paşinyanın Qarabağı azərbaycanlı kimi tanımağa hazır olması sözlərini şərh edib.

“Ermənistan üçün müstəqillik əldə etdikdən sonra həllini tapmayan ekzistensial problemi həll etmək çox vacibdir. Qonşularımızla qarşılıqlı razılıq əsasında, sivil münasibətlər qurmaq lazımdır”, - deyə Ruben Mehrabyan bildirib. Onun fikrincə, Paşinyanın sözləri müharibə başa çatdıqdan sonra bütün səviyyələrdə davam edən uzunmüddətli danışıqlar prosesinin nəticəsidir.

Mehrabyanın iddiasına görə, Azərbaycan və Ermənistan üç məsələdə razılaşırlar:

1. 1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsi yenidən təsdiq edilir və ona əsasən SSRİ tərkibindəki ittifaq respublikaları arasında inzibati hüdudlar yeni yaranmış dövlətlər arasında dövlət sərhədləri kimi tanınır.

2. Qarabağ erməniləri üçün təhlükəsizlik təminatının beynəlxalq formatı təmin edilir. “Bu, ya bir qrup ölkə, ya da BMT Təhlükəsizlik Şurası kimi ayrı-ayrı beynəlxalq təşkilatlar ola bilər”, - deyə Mehrabyan bildirib.

3. Gələcək sülh müqaviləsinin mətni üzərində çalışmaq. Mehrabyanın sözlərinə görə, “(Dağlıq) Qarabağ erməni əhalisinin çoxluq təşkil etdiyi ərazi olaraq qalmalıdır”. Mehrabyana görə, Qarabağdan kütləvi qaçqın axınını gözləməyə dəyməz.

Ruben Mehrabyanın fikrincə, “Ermənistan sakinləri Qarabağın Azərbaycanın tərkib hissəində olması qərarına fərqli münasibət bəsləyəcək, lakin əhalinin əksəriyyəti yenə də bunu dəstəkləyəcək”.

Mehrabyan Paşinyanın müharibədən sonra 2021-ci ildə yenidən qələbə qazanmasını buna misal olaraq gətirib. “Onun digər siyasətçilərlə müqayisədə liderliyini davam etdirdiyini görürük”,-deyə o, fikrini bu cümlə ilə ifadə edib.

Erməni ekspertə görə, müqavilə imzalandıqdan sonra Rusiya Ermənistanda təsir qalıqlarını itirəcək. “Əgər Azərbaycan və Ermənistan razılaşsalar, Rusiyanın Ermənistandakı mövcudluğu sona çatacaq. Qarabağ müharibəsi zamanı Moskvanın etdiyi hər şey onun mənəvi və siyasi iflasına səbəb oldu. Başa düşmək lazımdır ki, müharibədən sonra danışıqlar prosesi Ermənistanla Rusiya arasında münasibətlərə yenidən baxılması məsələsi ilə paralel gedib. Bizim Rusiya ilə ortaq maraqlarımız və dəyərlərimiz yoxdur”, - deyə Mehrabyan vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti