Messinin şəklini kürəyinə döymə etdirdi – FOTO

31 Mart 2023 15:40 Hadisə 312
Messinin şəklini kürəyinə döymə etdirdi – FOTO

Argentina millisinin müdafiəçisi Nikolas Otamendi yığmadakı komanda yoldaşı, 2022-ci ilin dünya çempionu Lionel Messinin surətini kürəyinə döymə etdirib.

Sportinfo.az xəbər verir ki, döymədə PSJ-nin hücumçusunun dünya kubokunu sığalladığı görünür.

Şəklin altında “Mənə sehrin olmadığını necə sübut edəcəklər?” yazısı döymə edilib. Həmçinin, Fransa millisi ilə final matçının tarixi də döymədə əks olunub.

Messi Qətərdəki dünya çempionatında Argentina millisində 7 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

Argentina yığması final matçında Fransaya qalib gələrək (3:3, penaltilərlə 4:2), DÇ-2022-nin qalibi olub. 35 yaşlı argentinalı hücumçu turnirin ən yaxşı oyunçusu seçilib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"