"Bizi göz görə-görə müharibəyə cəlb edirlər"

31 Mart 2023 08:40 Hadisə 198
"Bizi göz görə-görə müharibəyə cəlb edirlər"

"Bir müddət əvvəl ABŞ dövlət katibi Entoni Blinkenin "Azərbaycanın İranla sərhədini qorumaq lazımdır" açıqlaması beynimizi xeyli qarışdırdı.

Açıq suallar var, ABŞ bizi dəstəkləyir fikrinə inanmaq üçün səmimiyyət yoxdur".

Bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin (STM) Mətbuat xidmətinin rəhbəri, siyasi şərhçi Əziz Əlibəyli qeyd edib.

68414356_645616105947144_2115501096720924672_n.jpg (190 KB)

Siyasi şərhçinin sözlərinə görə, eyni güc ədalət və hüququ deyil, öz maraqlarını dəstəkləyir ki, burada da ciddi ikiüzlülük meydana çıxır - bizim problemimiz təkcə İran deyil, odur - Ermənistan işğalçıdır və 30 il ərzində, nə də indi ABŞ ona gözün üstdə qaşın var demir:

"Başqa bir nümunə - İsrail sevimli dostumuzdur, Qarabağ müharibəsində, qlobal lobbi sahəsində çox dəstək verir, lakin İsrail xarici işlər naziri Eli Kohenin azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra mətbuata birgə bəyanatla çıxışı zamanı dediyi "Biz İrana qarşı birgə hərəkət etməliyik" açıqlaması diqqət çəkir. "Biz" - yəni kim?

Azərbaycan o mübarizədə necə iştirak edə bilər? Nədir bunun formatı, standartı? Axı bizi göz görə-görə müharibəyə cəlb edirlər.

Prezident İlham Əliyevin rəhbərliyinin ən böyük dəyəri strateji balans, güc mərkəzləri arasında koordinasiya olmayıbmı?

40 ildir Yaxın Şərqdə ərəblərlə, Qərblə qafa tutan İranla nə müharibəmiz ola bilər axı?

İsrail dostumuzdur, qardaşımızdır, amma başımıza töküləcək mərmi yağışının qabağını necə alacağıq və ya kimdən, necə, hardan qorunacağıq?

Qorxuruqmu? - Əsla.

Milli təhlükəsizliyimizi qorumaq üçün daha sərt addımlara getməliyikmi? - Əlbəttə. Amma bunun standartı, ölçüsü, meyarı Ukraynanın getdiyi yol deyildi, deyil.

Hər halda Əliyevin strateji dühası Azərbaycanı həmişə qoruyub, xilas edib, ən azından gücləndirib".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!