Azərbaycanda qadınlar üçün SEVİNDİRİCİ XƏBƏR - VİDEO

31 Mart 2023 08:20 Hadisə 323
Azərbaycanda qadınlar üçün SEVİNDİRİCİ XƏBƏR - VİDEO

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvarında ölkədə 1 milyon 205 min pensiyaçı qeydiyatda idisə, bu il yanvarın 1-də bu rəqəm 1 milyon 114 min 200-ə enib.

Musavat.com xəbər verir ki, son 1 il ərzində ölkədə pensiya alanların sayı 86 min 300 nəfər azalıb.

İqtisadçı Xalid Kərimli pensiyaçıların azalmasının səbəbini qadınlarda hər il pensiya yaşının artırılmasında, kişilərdə isə 65 yaşa çatdırılmasında görür.

İqtisadçı bildirir ki, 65 yaş bəzi xarici ölkələr üçün məqbul hesab edilsə də, Azərbaycanda bu yaşa çatanların sayı azdır.

Millət vəkili Vüqar Bayramov isə hazırda pensiya yaşının azaldılaması ilə bağlı müzakirələr aparıldığını deyir.

Belə ki, Milli Məclisdə pensiya yaşına differensial baxılması, qadınlarla kişilər arasında pensiya yaşı fərqinin müəyyənləşdirilməsi haqqında təkliflər səsləndirilir.

Onun sözlərinə görə, təkliflər hökumət tərəfindən qiymətləndirilib uyğun addımlar atılarsa, sosial qayğıya ehtiyacı olanlara daha yaxından dəstək göstərilər.

"Xəbər Ertəsi"nin mövzu ilə bağlı hazırladığı ətraflı videomaterialı təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti