Futbolçusunu jurnalistlərin gözü önündə öpdü

5 Dekabr 2022 03:40 Hadisə 413
Futbolçusunu jurnalistlərin gözü önündə öpdü

Niderland millisinin baş məşqçisi Luvi van Qaal müdafiəçi Denzol Dümfraysı jurnalistlərin gözü önündə öpüb.

Sportinfo.az xəbər verir ki, onlar DÇ-2022-nin 1/8 final mərhələsinin ABŞ-la oyunsonrası (3:1) mətbuat konfransında iştirak ediblər.

Jurnalistlərlə söhbət zamanı van Qaal “Dünən ona böyük şirəli öpüş hədiyyə etdim. Və yenə də edəcəyəm... Bax belə” deyərək futbolçunun yanağından öpüb.

ABŞ-la matçda 1 qol və 2 məhsuldar ötürməyə imza atmaqla oyunun ən yaxşısı seçilən Denzol Dümfrays məşqçinin bu sevgi nümayişini gülüşlə qarşılayıb.

Digər Xəbərlər
Xəbər Lenti