Kərim keçmiş klubuna qayıdacaqmı? - Cavab verdi ki...

15 Dekabr 2025 10:00 Fransa 1 495
Kərim keçmiş klubuna qayıdacaqmı? - Cavab verdi ki...

“Əl-İttihad”ın hücumçusu Kərim Benzema karyerasına başladığı “Lion”a qayıda biləcəyini deyib.

Sportinfo.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, lakin o, bunun dəqiq olmadığını bildirib:

“Qayıda biləcəyimi dəqiq demək çətindir. Futbolda heç bir proqnoz verə bilməzsən. Yəqin ki, hər şeyi olduğu kimi saxlamaq ən yaxşısıdır.

Başqa bir vəzifədə də “Lion”a kömək edə biləcəyimi istisna etməzdim. Komandada oynamaq məsələsinə gəlincə, bilmirəm”.

Benzema “Lion” akademiyasının yetirməsidir. 37 yaşlı fransalı futbolçu 2023-cü ildən bəri Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda oynayır.

Onun klubla müqaviləsinin müddəti gələn ilin iyun ayının sonunda başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü