Futbolçunun atası oğlunun vurduğu qoldan sonra öldü - FOTO

18 Sentyabr 2021 00:00 Hadisə 516
Futbolçunun atası oğlunun vurduğu qoldan sonra öldü - FOTO

"Mançester Siti"nin futbolçusu Natan Akenin atası dünyasını dəyişib.

Sportinfo.az xəbər verir ki, bu barədə niderlandlı müdafiəçi özünün instaqram səhifəsində paylaşım edib

26 yaşlı oyunçunun sözlərinə görə, hadisə "şəhərlilər"in evdə Almaniya "Leyptsiq"inə 6:3 hesabı ilə qalib gəldikləri Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin ilk tur oyunu zamanı baş verib.

Xəstəxanada müalicə olunan ata oğlunun ÇL-də ilk qolunu vurmasından bir neçə dəqiqə sonra keçinib.

"Son bir neçə həftə həyatımın ən çətin günləri oldu. Atam ağır xəstə idi, müalicəsi mümkün deyildi. O, anam və qardaşımın əhatəsində gözlərini yumdu.

Bəlkə də bu, əvvəlcədən düşünülmüş sonluq idi. Həmişə mənim oyunumu izləməkdən həmişə qürur duyurdu", - Ake yazıb.

Ötən ilin avqustundan "Mançester Siti"də çıxış edən Natan Ake "Leyptsiq"lə matçın 16-cı dəqiqəsində hesabı açıb.

Digər Xəbərlər
Xəbər Lenti