"Yığmadakı fəaliyyətimə son qoyuram”

15 Noyabr 2019 00:00 Dünya futbolu 547
"Yığmadakı fəaliyyətimə son qoyuram”

Çin yığmasının baş məşqçisi Marçello Lippi istefa verib. Sportinfo.az xəbər verir ki, uğursuz çıxışı ilə diqqət çəkən komandasının DÇ-2022-nin Asiya üzrə seçmə mərhələsi çərçivəsində Suriyaya 1:2 hesablı məğlubiyyətindən sonra mətbuat konfransı keçirən italiyalı mütəxəssis postundan ayrıldığını bəyan edib:

“Komandanın bu vəziyyətə gəlməsində çox böyük payım var. Çin yığmasındakı fəaliyyətimə son qoyuram”.

A qrupunda yer alan Çin yığması 4 oyuna topladığı 7 xalla ikinci sırada qərarlaşıb. Suriya isə 12 xalla liderdi. Lippi 2016-cı ildən Çin millsini çalışdırır. İtaliyalı məşqçi Asiya Kubokunun 1/4 finalında mübarizəni dayandırdıqları üçün bu ilin yanvar ayında istefa vermişdi. Amma Çin Futbol Federasiyası may ayında 71 yaşlı mütəxəssisi yenidən millinin baş məşqçisi postuna gətirmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!