Çexiya 2 qolla meydan sahiblərinə qalib gəldi - VİDEO

14 İyun 2021 19:40 Dünya futbolu 798
Çexiya 2 qolla meydan sahiblərinə qalib gəldi - VİDEO

Avropa çempionatında D qrupunun digər oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, turnirin ev sahiblərindən Şotlandiya Çexiya millisi ilə qarşılaşıb.

Qlazqo şəhərindəki "Hempden Park" stadionunda oynanılan matç çexiyalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hər iki qolu Patrik Şik vurub. Əvvəlcə 42-ci dəqiqədə fərqlənən 25 yaşlı forvard ikinci hissədə baxımlı qola imza atıb. Almaniya "Bayer"ində çıxış edən forvard 52-ci dəqiqədə topu mərkəz xətti yaxınlığından rəqib qapısına göndərib.

D qrupunun ilk oyunu dünən İngiltərə və Xorvatiya yığmaları arasında olub. Londondakı "Uembli" stadionunda keçirilən qarşılaşmada britaniyalılar rəqibini məğlub edib - 1:0.

Digər Xəbərlər
Xəbər Lenti