"Bavariya" və "Real" yarımfinala qaldı - ÇL-də bu gecə

18 Aprel 01:50 Çempionlar Liqası 384
"Bavariya" və "Real" yarımfinala qaldı  - ÇL-də bu gecə

Bu gün Çempionlar Liqasında 1/4 finalın cavab oyunlarına yekun vurulub.

Sportinfo.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçirilib.

"Mançester Siti" "Real"ı qəbul edib. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.

Komandalar arasında ilk görüş 3:3 hesabı qeydə alındığından əlavə vaxt oynanılıb.

“Bavariya” “Arsenal”ı 1:0 hesabı ilə yenərək növbəti mərhələyə adlayıblar. Münxendə baş tutmuş qarşılaşmada yeganə qolu 63-cü dəqiqədə Yozua Kimmix vurub.

Daha öncə PSJ və "Borussiya" (Dortmund) yarımfinala vəsiqə qazanıb.

"Mançester Siti" - "Real" - 1:1 (Penaltilər - 3:4 )

Qollar: Rodriqo, 12 (0:1), De Brüyne, 76 (1:1)

İlk oyun - 3:3

"Bavariya" - "Arsenal" - 1:0

Qol: Kimmix, 63

İlk oyun - 2:2

Digər Xəbərlər
Xəbər Lenti