London və Madriddə heç-heçə - ÇL-də NƏTİCƏLƏR

10 Aprel 01:00 Çempionlar Liqası 241
London və Madriddə heç-heçə - ÇL-də NƏTİCƏLƏR

Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinə start verilib.

Sportinfo.az xəbər verir ki, ilk gündə iki oyun baş tutub.

Hər iki görüşdə məhsuldar bərabərlik qeydə alınıb. Azarkeşlər bu matçlarda ümumilikdə 10 qol izləyiblər.

Turnirin favoritləri “Real”la “Mançester Siti” birincilərin meydanında üz-üzə gəliblər. ÇL-in ən titullu komandası ilə son çempionun dueli dramatik alınıb. Altı qolluq matçda qalib müəyyənləşməyib.

Digər qarşılaşma Londonda baş tutub. “Arsenal”la “Bayern”in görüşündə də məhsuldar heç-heçə qeydə alınıb.

Mərhələnin “Atletiko” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) və PSJ (Fransa) – “Barselona” (İspaniya) oyunları aprelin 10-da keçiriləcək. Cavab matçları aprelin 16-17-də təşkil olunacaq.

"Real" (İspaniya) – "Mançester Siti" (İngiltərə) 3:3
Qollar
: R.Dias, 12-öz qapısına. Rodriqo, 14. Valverde, 79 – B.Silva, 2. Foden, 66. Qvardiol, 71.
Baş hakim: Fransua Letexye (Fransa).
Madrid, “Santyaqo Bernabeu” stadionu.

"Arsenal" (İngiltərə) – "Bayern" (Almaniya) 2:2
Qollar
: Saka, 12. Trossard, 76 – Qnabri, 18. H.Keyn, 32-pen.
Baş hakim: Qlenn Nuberq (İsveç).
London, “Arsenal” stadionu.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU