“Hər şey Allahın əlindədir!” - Kilian Mbappe

8 Aprel 15:20 Çempionlar Liqası 455
“Hər şey Allahın əlindədir!” - Kilian Mbappe

PSJ-nin hücumçusu Kilian Mbappe aprelin 10-da Çempionlar Liqasının 1/4 finalında “Barselona” ilə keçiriləcək oyun öncəsi komandası haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, aprel ayının sonunda mövsümün necə keçdiyi ilə bağlı artıq təsəvvürlərin yaranacağını deyib:

“Hər il bu dövr mövsümün dönüş nöqtəsidir. Aprelin sonunda bu mövsümün necə keçdiyi ilə bağlı təsəvvürümüz olacaq.

Əminəm ki, yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik. Hər şey Allahın əlindədir!”

PSJ – “Barselona” matçı Parisin “Park de Prens” stadionunda baş tutacaq. Cavab oyunu aprelin 16-da Barselonada keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU