“Üçüncü ildir ki, bir-birimizlə yarışırıq, bu matç futbolun bəzəyi olacaq”

25 Mart 00:20 Çempionlar Liqası 5 281
“Üçüncü ildir ki, bir-birimizlə yarışırıq, bu matç futbolun bəzəyi olacaq”

“Real”ın baş məşqçisi Karlo Ançelotti komandasının Çempionlar Liqasının 1/4 finalında Pep Qvardiolanın rəhbərlik etdiyi “Mançester Siti” ilə qarşılaşacağı matçla bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, italiyalı məşqçi “Mançester Siti” ilə oyunun böyük sınaq olacağını bildirib:

“Bəli, biz Qvardiola ilə bir-birimizi tez-tez görürük (son illərdə). Amma bu yaxşıdır və o deməkdir ki, ikimiz də yaxşıyıq.

“Mançester Siti” ilə oyun böyük sınaq olacaq. Ardıcıl üçüncü ildir ki, bir-birimizlə yarışırıq. Bu matç futbolun bəzəyi olacaq”.

“Real”la “Mançester Siti” arasında ilk oyun aprelin 9-da İspaniyada, cavab oyunu aprelin 17-də Mançesterdə keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"