COP29

“Qarabağ”ın adını eşitdi, “olsun” dedi: “Yəqin ki, bildiyi nəsə var”

30 Aprel 21:20 Müsahibə 5 722
“Qarabağ”ın adını eşitdi, “olsun” dedi: “Yəqin ki, bildiyi nəsə var”

“Neftçi” vacib oyunda “Turan Tovuz”u məğlub etməyi bacardı.

Azarkeşlərin tribunalara qayıtdığı qarşılaşmada “ağ-qaralar” bölgə təmsilçisinin qapısından 3 top keçirməklə yadda qaldı.

Bu matçda bakılıların ilk qolunun müəllifi olan Filip Ozobiç Sportinfo.az-ın suallarını cavablandırıb.

- Önəmli qarşılaşmada 3 xalı rahatlıqla qazandınız sanki.

- Çətin oyun idi və buna hazır idik. Matça çox yaxşı hazırlaşmışdıq. Bilirdik ki, turnir cədvəlindəki vəziyyət baxımından 3 xal bizə çox vacibdir. Fikrimcə, rəqibdən üstün oynayaraq layiqli qələbə qazanmağı bacardıq.

- Böyük hesablı qalibiyyəti təxmin edirdin?

- Fürsətdən istifadə edib fanatlarımıza təşəkkür etmək istəyirəm. Onların stadionda olması çox xoş idi. Top fərqi o qədər də önəm daşımır. Vacib olan qələbə idi ki, onu da əldə etdik.

- Qonaq azarkeşlər hakimliyin səviyyəsindən narazı görünürdülər. Rəvan Həmzəzadənin idarəçiliyini necə qiymətləndirirsən?

- Hakimin öz işi var. Gördüyü, sonradan baxdığı epizodlarla bağlı qərar verir. Yəqin ki, bildiyi nəsə var. Hakimlərin işinə şərh verməyi doğru hesab etmirəm.

- İkinci pilləni “Zirə”nin əlindən almaq üçün nə edəcəksiniz?

- Bunun üçün növbəti oyunların hamısını qalib başa vurmalıylıq.

- Nəzərə alaq ki, növbəti dörd rəqibdən ikisi “Qarabağ”la “Sabah”dır.

- Olsun. Rəqibin adına baxmaq lazım deyil. Məşqlərdə yaxşı hazırlıq keçib, meydanda bacardığımızın ən yaxşısını ortaya qoymalıyıq. Biz öz oyunumuzu oynayandan sonra rəqibin kimliyi önəm daşımayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti