“Komanda 4 ildir ki, bu anı gözləyirdi” – “Barselona”nın yarımmüdafiəçisi

14 Mart 15:20 Çempionlar Liqası 219
“Komanda 4 ildir ki, bu anı gözləyirdi” – “Barselona”nın yarımmüdafiəçisi

“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında “Napoli” üzərində qazanılan qələbəni (3:1) şərh edib.

Sportinfo.az xəbər verir ki, futbolçu “Barselona”nın artıq 4 ildir ki, ÇL-in 1/4 finalına yüksəlməyi gözlədiyini bildirib:

“Artıq dörd ildir ki, bu komanda Çempionlar Liqasının 1/4 finalına yüksəlməyi gözləyirdi. Bu, klub, məşqçi, zədəlilər və azarkeşlər üçün əsl sevincdir.

Önəmli olan bu matça çox yaxşı başlamağımızdır. Bəzi şanslarımız oldu və qapıya bir neçə zərbədən sonra mənimki hədəfə çatdı. Mən buna çox şadam”.

Lopes 2018-ci ilin martında Osman Dembelenin “Çelsi”yə qol vurmasından sonra Çempionlar Liqasının pley-off mərhələsində qol vuran ən gənc “Barselona”lı oyunçu olub.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"