Rüfət Dadaşovun komandası yarımfinalda

18 Oktyabr 2020 20:20 Bizimkilər 430
Rüfət Dadaşovun komandası yarımfinalda

ABŞ-ın USL çempionatında pley-off mərhələsinin 1/4 final oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Rüfət Dadaşovun çıxı şetdiyi “Feniks Rayzinq” səfərdə “Reno” ilə qarşılaşıb.

Əsas vaxtı 2:2 hesabıyla bitən görüşün qalibi penaltilər seriyasında müəyyənləşib. Burda daha dəqiq olaj “Feniks Rayzinq” yarımfinala yüksəlib – 5:4.

Dadaşov meydana start heyətdə çıxıb və sona qədər mübarizə aparıb. O, 5-ci penaltini dəqiq yerinə yetirib.

“Feniks Rayzinq” pley-off mərhələsinin yarımfinalında “El Paso” ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti