29 il sonra eyni yerdə... - TARİXİ KADR

13 May 2021 13:50 Bizimkilər 1 049
29 il sonra eyni yerdə... - TARİXİ KADR

Xəbər verdiyimiz kimi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xarıbülbül” musiqi festivalına start verilib.

Şuşanın Ermənistanın işğalından azad olunmasından sonra ilk dəfə keçirilən festivala tanınmış musiqiçi Fuad İbrahimov da qatılıb.

Sportinfo.az xəbər verir ki, F.İbrahimovun festivaldan çəkilmiş şəkli gündəm olub.

Belə ki, 1982-ci ildə Şuşada doğulan musiqiçi 10 yaşında doğma yurdunu Cıdır düzündən havaya qalxan helikopterlə tərk etməyə məcbur olub.

Azərbaycan ordusunun mədəniyyət paytaxtını işğaldan azad etməsindən sonra musiqiminiz təbliğatçısı həmin yerdə yenidən şəkil çəkdirib: bu dəfə yurdunu tərk etməyə hazırlaşan azyaşlı kimi yox, qürurlu şuşalı kimi.


Digər Xəbərlər
Xəbər Lenti