Ozan Can Kökçü “Alkmaar”la oyunda debüt etdi

23 Yanvar 2021 23:00 Bizimkilər 589
Ozan Can Kökçü “Alkmaar”la oyunda debüt etdi

Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçü Niderlandın “Telstar” klubunun heyətində debüt edib.

Sportinfo.az xəbər verir ki, gənc yarımmüdafiəçi birinci divizionun XXI turunda “Alkmaar”ın əvəzedici komandası ilə matçda meydana çıxıb.

“Telstar”ın meydanında baş tutan qarşılaşma 2:2 hesabı ilə nəticələnib. Mübarizəyə ehtiyatdan başlayan Kökçü 67-ci dəqiqədə hesab 1:1 olarkən oyuna qoşulub. “

Telstar” hazırda 32 xalla turnir cədvəlinin 8-ci pillədə qərarlaşır. Müqavilə ilə “Sabah”a məxsus olan Ozan Can Kökçü “Telstar”a mövsümün sonuna qədər icarəyə verilib.

Digər Xəbərlər
Xəbər Lenti