Heç "Qardaşlar"ın yeridir?

22 Noyabr 2019 10:05 Azərbaycan Futbolu 858
Heç "Qardaşlar"ın yeridir?

Region Liqasında 4-cü turun oyunları keçirilib. Sportinfo.az xəbər verir ki, Cənub zonasının lideri “Alyans” bu dəfə Lənkəranda “Şıxlar”ı qonaq edib.

Ancaq Qobustan təmsilçisi heç də cənub qonaqpərliyi ilə üzləşməyib. Lənkəranlılar autsayderi 5 cavabsız qolla məyus edib. Cəlilabadda isə yerli “Ümid”lə “Neftçala” üz-üzə gəlib. Matçda 4 qol vurulmasına baxmayaraq, qalibi müəyyənləşdirmək mümkün olmayıb.

Rəqiblərindən bir oyun az keçirən “TST-Astara” da hesabat turunda azarkeşlərini sevindirməyi bacarıb. Astaralılar “doğma divarlar” arasında “Ərkivan”ı meydana çıxmağa peşman edib.

Qonaqların gücü buraxılan 7 qoldan yalnız birinə cavab verməyə çatıb. Onu da qeyd edək ki, 4-cü turdan sonra turnir cədvəlində çox maraqlı durum yaranıb. 2-4-cü yerlərdə qərarlaşan komandaların hər biri 5 xal toplayıb.

Alyans (Lənkəran) - Şıxlar (Qobustan) 5:0
Ümid (Cəlilabad) - Neftçala 2:2
TST-Astara - Ərkivan (Masallı) 7:1

1. Alyans 4 3 1 0 13-3 10
2. TST-Astara 3 1 2 0 9-3 5
3. Ümid 4 1 2 1 10-7 5
4. Neftçala 4 1 2 1 7-7 5
5. Ərkivan 4 1 1 2 4-14 4
6. Şıxlar 3 0 0 3 0-9 0
Bombardirlər: Zaur Nuruzadə (Alyans), Hikmət Nağıyev (Ümid), Röyal Nəcəfov (TST-Astara) – 4.

Mərkəz zonasında azarkeşlər liderlərin duelinə şahidlik edib. Həm “Ağsu Siti”, həm də “Şamaxı” geridə qalan turlarda 3 xalı bayram etməklə yadda qalmışdı. Bu üzdən qonşu rayonların komandalarının derbisinə maraq yetərincə böyük idi. Adətən, prinsipial qarşılaşmalarda komandalar çox riskə getmirlər. Belə oyunlarda çox vaxt bir qol həlledici olur.

Ancaq bu dəfə futbolsevərlər iddialıların qarşlaşmasında heç bir qol da görməyiblər və oyun qolsuz bitib. Ağsu komandası bir oyun çox keçirdiyindən əsas rəqibini 3 xal qabaqlamaqla turnir cədvəlinə başçılıq edir.

Şamaxılılar isə 2-ci yerdə qərarlaşıb. Üçüncü pillənin sahibi “İmişli”nin məcburi istirahət etdiyi turda “Mil” “Araz”ı üstələyib. Beyləqan təmsilçisi Saatlı komandasını 1 top fərqi ilə yenib.

Mil (Beyləqan) - Araz (Saatlı) 5:4
Şamaxı - Ağsu Siti 0:0

1. Ağsu Siti 4 3 1 0 18-5 10
2. Şamaxı 3 2 1 0 6-0 7
3. İmişli 3 1 0 2 5-10 3
4. Mil 3 1 0 2 7-15 3
5. Araz 3 0 0 0 7-13 0
Bombardirlər: Aydın Qasımov (Ağsu Siti) – 6, Elmir Səmədzadə (Ağsu Siti) – 5.

Paytaxt və Şimal zonasında da həftəsonu azarkeşlər prinsipial matçlara şahidlik ediblər. Onlardan biri də Şirvanovkada eyniadlı komanda ilə Qusar “Şahdağ”ı arasında keçirilib. Artıq ikinci ildi eyni rayonun iki komandası arasında baş tutan görüşlər gərginliyi ilə seçilir.

Düzdü, “Şahdağ” bu günə kimi heç bir görüşdə “Şirvanovka”ya boyun əyməyib. Buna baxmayaraq, Kamran Əlibabayevin yetirmələri “kəndlilər”lə hər görüşdə qələbə qazanmaq üçün xeyli zəiyyət çəkməli olurlar. Bu dəfə hesabdan da hiss etmək olar ki, qusarlılar maraqlı və gərgin oyun izləyiblər.

“İrəvan” isə liqada ilk qələbəsini qazanıb. Paytaxt komandası “Qardaşlar”ı böyük hesabla məğlub edib. Quba “Şahdağ”ı maliyyə çətinliyi ilə üzləşsə də, artıq ikinci oyundu meydanı qalib kimi tərk edir. İbrahim Uzuncanın çalışdırdığı kollektiv son turda “Qusar”ı yenib.

Liqanın ikiqat qalibi “Uğur” da uğurlu çıxışını davam etdirməkdədi. Sumqayıtlılar öz meydanında debütant “Xudat”ın qapısından 8 top keçirib. Qonaqlar qollardan ikisinin əvəzini çıxa biliblər.

Şirvanovka - Şahdağ (Qusar) 0:1
Qardaşlar - İrəvan 2:8
Şahdağ (Quba) - Qusar 2:1
Uğur (Sumqayıt) - Xudat 8:2

1. Uğur 4 4 0 0 34-3 12
2. Şahdağ (Qusar) 4 4 0 0 12-2 12
3. Şahdağ (Quba) 4 3 0 1 9-8 9
4. Qusar 4 2 0 2 20-9 6
5. Şirvanovka 4 1 0 3 6-14 3
6. İrəvan 4 1 0 3 12-13 3
7. Qardaşlar 4 1 0 3 11-40 3
8. Xudat 4 0 0 4 5-20 0
Bombardirlər: Məhəmməd Aliyev (Uğur) – 9, Şahin Əliyev (Uğur) – 7.

Şimal-Qərb və Qərb zonasında bu tur lider dəyişikliyi ilə yadda qalıb. Ötən həftə ilk pilləyə yüksələn “Şəki” əsas rəqibi “Energetik”n qonağı olub. Mingəçevirdə baş tutan görüşdə “nur şəhəri”nin futbolçuları “halvaçılar”a kimin kim olduğunu göstəriblər.

Meydan sahibləri qonaqların qapısından 4 cavabsız top keçiriblər. “Gəncəbasar” derbisində isə qalib müəyyənləşməyib.”Qoşqar UGİM-2” ilə “Göyəzən” arasında Gəncədə keçirilən matçda heç-heçə qeydə alınıb. “Oğuz” bu turu buraxıb.

Qoşqar UGİM-2 (Gəncə) - Göyəzən (Qazax) 1:1
Energetik (Mingəçevir) - Şəki 4:0

1. Energetik 3 3 0 0 17-1 9
2. Şəki 4 2 1 1 6-6 7
3. Göyəzən 3 1 2 0 5-3 5
4. Qoşqar UGİM-2 3 0 1 2 2-9 1
5. Oğuz 3 0 0 3 2-13 0
Bombardirlər: Zamir Cəlilov (Energetik) – 6.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda