2 klub və 6 futbolçunun oyun “alver”ində iştirakı məlum oldu

2 İyun 2021 00:28 Araşdırma 937
2 klub və 6 futbolçunun oyun “alver”ində iştirakı məlum oldu

Moldovada 6 futbolçu və iki klub danışılmış oyunlara görə cəzalandırılıb.

Sportinfo.az xəbər verir ki, müvafiq qərarı Moldovo Futbol Federasiyasının Etika Komitəsi qəbul edib.

"Floreşt" klubunun oyunçuları Artyom Zelenyuk və Andrey Kalakın 2020-ci ildə keçirilmiş 4 matçın nəticələrini manipulyasiya etdikləri müəyyənləşib.

Nəticədə hər iki oyunçu futbol fəaliyyətindən bir il müddətinə kənarlaşdırılıb. "Floreşt" isə 2021/2022 mövsümünə mənfi altı xalla başlayacaq.

Habelə, "Sperantsa"nın oyunçuları Matvey Quyqanov, Orest Budyuk, Aleksandr Nasonov (hər üçü Ukrayna) və Mixay Bolunun daha 4 qarşılaşmanın nəticəsinə qeyri-qanuni təsir etdikləri üzə çıxıb.

Bu səbəbdən, Bolun, Budyuk və Nasonov 1 il, Quyqanov 2 illik cəzaya məruz qalıb. "Sperantsa" isə 200 000 ley məbləğində cərimələnib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti