Bakıdakı dünya kuboku “Tokio 2020”yə lisenziya verəcək

23 Dekabr 2019 09:00 Tokio-2020 612
Bakıdakı dünya kuboku “Tokio 2020”yə lisenziya verəcək

2019-cu ildə uğurla təşkil edilmiş bədii gimnastika üzrə dünya və Avropa çempionatları da daxil 4 beynəlxalq yarışdan sonra Azərbaycan Gimnastika Federasiyası (AGF) gələn il də bu növ üzrə yarışlara hazırlaşır.

Sportinfo.az AGF-yə istinadla xəbər verir ki, gimnastikanın ən zərif nümayəndələrinin yarışları ənənəyə uyğun olaraq apreldə keçiriləcək.

Aprelin 24-26-da təşkil ediləcək dünya kuboku turnirində iştirak edəcək ölkələrin ilkin qeydiyyat siyahısı dekabrda bəlli olacaq. Bu turnirin iştirakçıları Olimpiadaya vəsiqə qazanmaq şansı əldə edəcəklər.

Bakıda təşkil olunan dünya çempionatında “Tokio 2020”yə lisenziyasız qalan gimnastlar bu yarışlarda güclərini bir daha sınayacaqlar.

Yarışların ilk iki günündə təsnifat mərhələləri baş tutacaq və çoxnövçülükdə ən yüksək xal toplamış 8 fərdi gimnast, həmçinin qrup komandaları final mərhələsinə adlayacaqlar. Yarışın sonuncu günündə isə final mərhələsinin qalibləri müəyyənləşəcək.

Ənənəyə uyğun olaraq, turnirdə ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.

Xəbər Lenti