
6 yaşlı oğlum "Ata, "Mançester Siti" güclüdür, yoxsa "Qarabağ" sualını verdi.
Düşünmədən "Mançester Siti" dedim. Hələ əlavə elədim ki, özü də çox güclüdür.
Yəqin ki, yerimdə kim olsa, eyni addımı atardı. Burada ağıla gələcək başqa cavab ola da bilməz.
Amma uşaqdan gözləmədiyim cavab gəldi.
Turnir cədvəlin göstərib qayıdasan ki "Ay ata, bəs "Qarabağ" onlardan qabaqdadır axı".
Qəribə hisslər yaşadım. Nə deyəcəyimi bilmədim.
"Qarabağ"ın uğurlarının miqyası bu qədər böyükdür.
Bizi bu şəkildə çətin vəziyyətə salacaq qədər. Daha sözlər acizdir tərif etməyə. Bəlkə də ən yaxşı ifadəsi elə bu cür hadisələr toplusudur.
Təbii ki, günümüzdə təkcə Əli bu cür düşünmür. Əminəm ki, futbolla əlaqəsi olan-olmayan evlərin bir çoxunda bu cür mənzərə yaşanır.
Körpə balalarımız azad Qarabağ, qalib "Qarabağ" ruhunda böyüyür. Böyük, yox çox böyük xoşbəxtlikdir.
Arxadan gələn bütöv bir nəsildə çox güclü ruh formalaşır. Sevinməmək əldə deyil.
Vacib elementdir.
Bu inam, bu güclə haralara getmək olmaz ki...
Dağı dağ üstə qoymaq, zirvələri vəth etmək olar.
Yetər ki, AFFA və digər klublarımız bu qədər nəhəng klubumuzdan faydalansın.
Böyük zəfərin kölgəsində qalmasınlar.
Zəfər yolunun bir parçasına çevrilə bilsinlər.
Ki, böyük düşünən, iri planlar quran uşaqlarımız böyüyüb travma yaşamasınlar. Qurduqları xəyalların gerçəyi ilə yaşamağa davam etsinlər.
XANOĞLAN İMANOV