"Bazel"in iki futbolçusu "Qarabağ"la matçı buraxacaq

9 Dekabr 2021 09:00 Qarabağ 430
"Bazel"in iki futbolçusu "Qarabağ"la matçı buraxacaq

"Bazel" evdə "Qarabağ"a qarşı keçirəcəyi Konfrans Liqasının qrup mərhələsinin sonuncu - VI tur oyununa iki itki ilə çıxacaq.

Sportinfo.az xəbər verir ki, Patrik Rahmenin baş məşqçi olduğu komanda zədəli durumda olan Andrea Padula və Sebastyano Espozitonun xidmətlərindən yararlana bilməyəcək.

Azərbaycan təmsilçisində isə Bədavi Hüseynovla Xayme Romeronun eyni səbəbdən görüşü buraxacağı dəqiqdir.

Dekabrın 9-da gerçəkləşəcək "Bazel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Azərbaycan təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.

Digər Xəbərlər
Xəbər Lenti