Səudiyyə Ərəbistanının adını çəkdi, əl-ayağa düşdülər, istədiyini aldı

12 May 2024 14:00 Səbail 1 400
Səudiyyə Ərəbistanının adını çəkdi, əl-ayağa düşdülər, istədiyini aldı

“Səbail” ötən ilin yayında heyətinə qatdığı Pedro Nunoya yeni müqavilə təklif edib.

Son anda plan dəyişməsə, portuqaliyalı yarımmüdafiəçi daha 1 il burada qalacaq.

29 yaşlı legioner növbəti mövsümdə daha yaxşı maddi şərtlərlə Azərbaycandakı karyerasını davam etdirəcək.

Pedro Nuno bugünlərdə klub rəsmiləri ilə görüşüb. Səudiyyə Ərəbistanının birinci liqasından ona dəvət gəldiyini deyib.

Kriştianu Ronaldonun həmyerlisinin sözündən əndişə keçirən «dənizçilər» tez-tələsik əl-ayağa düşüb.

O, karyerası ərzində “Akademika Koimbra”, “Benfika”, “Tondela”, “Moreyrense”, “Belenenseş” və “Adanaspor” da oynayıb.

SPORTİNFO.AZ

Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!