COP29

"Qurban Qurbanov böyük məşqçi olduğunu hər il sübut edir"

12 May 19:25 Qəbələ 1 387
"Qurban Qurbanov böyük məşqçi olduğunu hər il sübut edir"

“Qəbələ” kimi yaxşı infrastrukturu olan komandanın Premyer Liqa ilə vidalaşması üzücü məqamdır”.

Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syomin keçmiş komandasının Premyer Liqanı tərk etməsi barədə danışarkən deyib.

Rusiyalı mütəxəssis “Qəbələ” Futbol Akademiyasının indiyədək Azərbaycan futboluna böyük töhfə verdiyini bildirib:

“Qəbələ” barədə yalnız xoş xatirələrim var, orada futbolun inkişafı üçün çox işlər görülüb. Komanda Premyer Liqanı tərk etsə belə, bu prosesi davam etdirməlidirlər.

Klubun akademiyasından Azərbaycan millisi üçün keyfiyyətli oyunçular çıxıb. Ümid edirəm ki, komanda yenidən əvvəlki günlərinə qayıdacaq”.

“Qarabağ”ın erkən çempionluğuna da toxunan rusiyalı məşqçi bunu digər komandaların rəqabət apara bilməməsi ilə əlaqələndirib:

“Əvvəlcə “Qarabağ”ı çempionluq münasibətilə təbrik edirəm. Bu klubda hər şey peşəkar səviyyədə qurulub.

Qurban Qurbanov böyük məşqçi olduğunu hər il nəticələri ilə sübut edir. Ağdam təmsilçisi beynəlxalq arenada da kifayət qədər əla təsir bağışlayır.

Premyer Liqadakı digər rəqiblər isə “Qarabağ”la başabaş mübarizə apara bilmirlər”.

Yuri Syomin 2013-2014-cü illərdə “Qəbələ” komandasının baş məşqçisi olub.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"