COP29

"Baş məşqçiyə yaxınlaşıb dedim ki, haqq-ədalət öz yerini tapdı"

11 May 23:00 Müsahibə 990
"Baş məşqçiyə yaxınlaşıb dedim ki, haqq-ədalət öz yerini tapdı"

“Kəpəz”in sol cinah müdafiəçisi Rüfət Əhmədov Sportinfo.az-a müsahibə verib.

- Premyer Liqanın 33-cü turunda Tovuzda "Sumqayıt"la bərabərə qaldız.

- Ümumi olaraq rəqibdən yaxşı oyun keçirdik. İkinci hissə isə daha yaxşı oynadıq. Sadəcə rəqib fair playı pozaraq hesabı açdı. Allah böyükdür. Haqq-ədalət heç vaxt yerdə qalmır. Sonda istəyimizə çatdıq. Əslində meydana 3 xal üçün çıxmışdıq. Amma sonda 1 xala sevindik.

- Adil Şükürov bildirdi ki, oyundakı intriqa sırf sənin epizodunla bağlı yarandı. Səni oyunun qəhrəmanı, yoxsa günahkarı hesab etmək olar?

- Özümə nə qəhrəman, nə də günahkar deməzdim.

- Ən azından azarkeşlər sayəndə daha dramatik oyuna şahidlik etdi...

- Hə, o baxımdan qəhrəman sayıla bilərik (gülür). Amma bu durum hər futbolçunun başına gələ bilər. Mən yaxşı bir şey etmək istəyirdim. Niyyətim yaxşı idi. Orda futbolçuya başqa nəsə də ola bilərdi. Bu, futboldur. Əsas sağlamlığımızdır. Bəli, nəticə də önəmlidir. Amma sağlamlıqdan öndə heç nə gəlmir.

- Bu, sənin üçün bir dərs oldu?

- Bundan sonra 100% dərs oldu.

- Ümumiyyətlə, başverənlər bundan sonra fair playa tövbə etməyinə yol aça bilər?

- Əstəfürullah (gülür). Elə deməzdim, amma daha heç vaxt belə eləmərəm.

- Razılaşırsan ki, epizodda bir qədər təcrübəsiz davrandın?

- Əslindən topu kənara vurmaq istəyirdim. Sadəcə pauza edib kənara baxdım. İki fikir arasında qaldım. Sonra düşündüm ki, kənara vurmaq daha uyğundur. Onda gördüm ki, Rövlan topu məndən aldı.

- Matçboyu çox stresli görünürdün. Nə ilə bağlıydı?

- Uşaqların əziyyətinə heyfim gəlirdi. Özümə əsəbləşirdim ki, belə etməli deyildim. Komandam uda bilərdi.

- Bərabərlik qolundan sonra baş məşqçiyə yaxınlaşıb nələr dedin?

- Futbol emosiya oyunudur. Öncə dizimi yerə atıb Allaha dua etdim ki, haqsızlıq yerdə qalmadı. Sonra Adil müəllimə yaxınlaşıb bildirdim ki, haqq-ədalət öz yerini tapdı. Rəqib fair playı pozsa da sonda ədalət bərpa olundu.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"