Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının təqvimini açıqlayıb.
Sportinfo.az xəbər verir ki, təqvimə əsasən, Əhya gecələri (Qədr gecəsi) 12 may, 14 may, 16 may və 20 may tarixlərinə təsadüf edir.
Şəvval ayının 1-i (24 may) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı aprelin 25-də başlayır. Niyyət gecəsi aprelin 24-dən 25-nə keçən gecəyə düşür.

