“İmarət”in üzvü Tərtərdə qolundan və kürəyindən ağır yaralandı

11 Oktyabr 2020 12:40 Hadisə 861
“İmarət”in üzvü Tərtərdə qolundan və kürəyindən ağır yaralandı

Sportinfo.az xəbər verir ki, Yarandığı gündən etibarən vətənpərvərliyi ilə xüsusi seçilən “İmarət” fanklubu olub.

“Qarabağ”ın azarkeşləri istər Şəhidlər Xiyabanında təmizlik işlərini görməyi, istərsə də dəfələrlə cəbhə bölgəsindəki əsgərlərimizi ziyarət etməyi sevə-sevə ediblər.

Azərbaycan ordusunun Qarabağda başlatdığı əks-hücumlar zamanı da “İmarət” fanklubu əsgərlərimizə kömək və yardım edib.

Bu barədə “Futbol+”ə azarkeş qrupunun rəhbərlərindən olan Elnur Quliyev açıqlama verdi. Fanklub rəsmisini dinləyək: “Döyüşlər başlayanda kifayət qədər yüksək məbləğ yığaraq ordumuza dəstək olduq.

Əsgərlərimiz üçün ləvazimatlar, geyimlər alaraq göndərdik. Məbləğin yığılmasında “Qarabağ”ın indiki və sabiq futbolçuları bizə çox kömək oldular. Həmin şəxslər adlarının mediaya açıqlanmasını istəmədilər. Bu səbəbdən də biz öz “feysbuk” səhifəmizdə belə bu barədə post paylaşmaqdıq”.

“İmarət”in üzvlərindən biri döyüş bölgəsində yaralanıb. Elnur bəyin məlumatına görə, Məhəmmədəli İbrahimli Tərtərdə qolundan və kürəyindən qəlpə yarası alıb:

“Çox millətcil və vətənsevər gəncdi. Lal-dinməz, sakit futbolsevərlərimizdən olsa da, içində vətən sevgisi olan şəxslərdəndi. Srağagün xəbər gəldi ki, Tərtərdə qolundan və kürəyindən ağır yaralanıb. Dünən də Bərdəyə gətiriblər. İnşallah, tezliklə sağalıb, sıralarımıza qayıdacaq”.

“İmarət” ilk yarananda rəhbər şəxslərdən olan Amil Hüseynov Türkiyədəki işini yarımçıq buraxaraq cəbhə bölgəsinə gəlib. O, Antalyanın tanınmış xəstəxanalarından birində cərrah kimi çalışırmış:

“Döyüşlər başlayan kimi Bakıya gələrək könüllü cəbhəyə yollandı. O, döyüş bölgəsində yaralanan əsgərlərimizi müalicə etməyə çalışır”. Fanklub rəsmisi Amil Hüseynovun vətən uğrunda qazi olan əsgərlərimizə kömək etmək üçün əlindən gələni etdiyini də bildirdi.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı