“Özümə qarşı müəyyən tələblərim var, bilirdim ki, üzərimdə təzyiq olacaq”

21:15 İngiltərə 87
“Özümə qarşı müəyyən tələblərim var, bilirdim ki, üzərimdə təzyiq olacaq”

“Mançester Siti”nin yeni transferi Antuan Semenyo fərdi hədəfləri ilə bağlı danışıb. 26 yaşlı futbolçu yanvarda “Bornmut”dan 72 milyon avro qarşılığında Pep Qvardiolanın komandasına transfer olunub.

Sportinfo.az “City Report”-a istinadən xəbər verir ki, qanalı forvard, yeni klubundakı məsuliyyətin fərqində olduğunu gizlətməyib:

“Özümə qarşı müəyyən tələblərim var. Bilirdim ki, “Mançester Siti”də üzərimdə təzyiq olacaq və məndən Erlinq Haland səviyyəsində məhsuldarlıq gözləniləcək.

Amma bu məqsədləri mövsümün əvvəlində özüm üçün müəyyən etmişdim. Vəzifəm Haland kimi futbolçularla rəqabət aparmaqdır.

Onunla eyni komandada çıxış etmək böyük şansdır. Qollar mənim genetikamın bir hissəsidir və sadəcə, eyni tempdə davam etmək istəyirəm”.

Semenyo “Mançester Siti”nin heyətində keçirdiyi 6 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti