“Qarabağ”ı maraqlandıran XƏBƏR - Baş məşqçi ilə bağlı qərar verdilər

09:50 İngiltərə 249
“Qarabağ”ı maraqlandıran XƏBƏR - Baş məşqçi ilə bağlı qərar verdilər

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi olan “Nyukasl” baş məşqçi Eddi Haunun gələcəyi ilə bağlı qərarını verib.

Sportinfo.az Britaniya mətbuatına istinadən xəbər verir ki, “sağsağanlar”ın rəhbərliyi İngiltərə Liqa Kubokundakı uğursuzluğa baxmayaraq, 48 yaşlı mütəxəssisə tam etimad göstərməkdə davam edir.

“Mançester Siti” ilə yarımfinal qarşılaşmasındakı məğlubiyyət və Premyer Liqadakı qeyri-sabit nəticələr Haunun istefası ilə nəticələnməyəcək.

Klub rəhbərliyi 2021-ci ildən komandanı çalışdıran Eddi Haunun uzunmüddətli layihəsinə sadiq qaldıqlarını bildiriblər. Azarkeşlərin də böyük rəğbət bəslədiyi mütəxəssis mövsümün sonuna qədər komandasının “sükanı arxası”nda olacaq.

“Nyukasl” və “Qarabağ” arasında ilk oyun fevralın 18-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-də İngiltərədə keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
7 Fevral 18:10 Çək və bizə göndər!