"Bu oyunçular mənə çox şey verdilər və gələcəyimlə bağlı nə edəcəyimi çox düşünməliyəm"

23 Noyabr 2023 01:30 Dünya futbolu 475
"Bu oyunçular mənə çox şey verdilər və gələcəyimlə bağlı nə edəcəyimi çox düşünməliyəm"

Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Braziliya yığmasına qalib gələndən (1:0) sonra postundan mümkün istefaya eyham vurub.

Sportinfo.az xəbər verir ki, o, artıq gələcəklə bağlı nə edəcəyini düşünməli olduğunu deyib:

“İndi topu dayandırıb düşünməyə başlamağın vaxtıdır. Bu oyunçular mənə çox şey verdilər və gələcəyimlə bağlı nə edəcəyimi çox düşünməliyəm.

Bu, vida deyil, amma ehtimal çox yüksəkdir, çünki milli komanda çox enerji tələb edir, davam etmək çətindir və qalib gəlmək çətindir.

Düşünmək vaxtıdır. Çünki komandaya maksimum enerjiyə malik olan və hər şeyi qaydasına qoyan məşqçi lazımdır”.

Argentinalılar 15 xal toplayıb və turnir cədvəlində 1-ci yeri tuturlar. Braziliya yığması 7 xalla 6-cı yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti