ÇL-də 1/8 finala və pley-offa yüksələnlər - SON SİYAHI

ÇL-də 1/8 finala və pley-offa yüksələnlər - SON SİYAHI

Çempionlar Liqasında Liqa mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, 8-ci turun matçlarından sonra 1/8 finala və pley-offa adlayan klubların, həmçinin mübarizəni dayandıran bütün komandaların adları dəqiqləşib.

Reqlamentə əsasən, ÇL-də ilk 8 yeri tutanlar birbaşa 1/8 finala vəsiqə qazanır, 9-24-cü yeri tutanlar "pley-off"da (şərti olaraq 1/16 final) oynamaq hüququ əldə edir. 25-36-cı yeri tutanlar isə bu mövsüm üçün avrokuboklarla vidalaşır.

Pley-offa adlayanlar sırasında Azərbaycan təmsilçisi "Qarabağ" və Türkiyə "Qalatasaray"ı da var.

1/8 finala yüksələnlər

"Arsenal" (İngiltərə), "Bavariya" (Almaniya), "Liverpul" (İngiltərə), "Tottenhem" (İngiltərə), "Barselona" (İspaniya), "Çelsi" (İngiltərə), "Sportinq" (Portuqaliya), "Mançester Siti" (İngiltərə)

Pley-offçular

"Real" (İspaniya), "İnter" (İtaliya), PSJ (Fransa), "Nyukasl" (İngiltərə), "Yuventus" (İtaliya), "Atletiko" (İspaniya), "Atalanta" (İtaliya), "Bayer" (Almaniya), "Boussiya" (Dortmund, Almaniya), "Olimpiakos" (Yunanıstan), "Brügge" (Belçika), "Qalatasaray" (Türkiyə), "Monako" (Fransa), "Qarabağ" (Azərbaycan), "Budo-Qlimt" (Norveç), "Benfika" (Portuqaliya)

Mübarizəni başa vuranlar

"Marsel" (Fransa), "Pafos" (Kipr), "Yunion" (Belçika), PSV (Niderland), "Atletik" (İspaniya), "Napoli" (İtaliya), "Kopenhagen" (Danimarka), "Ayaks" (Niderland), "Ayntraxt" (Almaniya), "Slaviya" (Çexiya), "Vilyarreal" (İspaniya), "Kayrat" (Qazaxıstan)

Pley-offun püşkatması zamanı (30 yanvar) 9-16-cı yeri tutanlar “səpələnmişlər”, 17-24-cü yeri tutanlar isə “səpələnməmişlər” səbətində yer alacaq. Yəni, 9-16-cı yeri tutan 8 komanda yalnız 17-24-cü yeri tutan 8 komandadan biri ilə qarşılaşacaq.

Pley-off”la bağlı püşkatmaya dair UEFA-nın qaydalarında deyilir: “16 klub ümumi mərhələnin yekun sıralamasına əsasən ikili qruplara bölünəcək və bununla da dörd “səpələnmiş” cüt (turnir cədvəlində 9–10-cu, 11–12-ci, 13–14-cü, 15–16-cı yerləri tutan klublar) və dörd “səpələnməmiş” cüt (17–18-ci, 19–20-ci, 21–22-ci, 23–24-cü yerlər) formalaşdırılacaq.

9 və ya 10-cu yerləri tutan klublar 23 və ya 24-cü yerləri tutan klublarla, 11/12 – 21/22 ilə, 13/14 – 19/20 ilə, 15/16 – 17/18 ilə üz-üzə gələcək.

Pley-off mərhələsinin qalibləri 1/8 finalda bu mərhələyə birbaşa yüksələn komandalarla qarşılaşacaqlar.

Pley-offun görüşləri 17/18 fevral və 24/25 fevralda keçiriləcək. 1/8 final matçları isə 10/12 mart və 17/19 mart tarixlərində oynanılacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
28 Yanvar 18:10 Çək və bizə göndər!