
Ukrayna Premyer Liqasında 8-ci turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevin formasını geyindiyi “Kolos” səfərdə “İnhulets”lə qarşılaşıb.
Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb – 2:0. Nuriyev də bu görüşün iştirakçısı olub. O, 90+3-cü dəqiqədə meydana buraxılıb.
“Kolos” 8 turdan sonra 8 xalla 16 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb. Komandanın ehtiyatda da bir oyunu var.