Azərbaycan klubunun hücumçusu koronavirusa yoluxdu - Cənubda

6 İyul 2020 19:02 Azərbaycan Futbolu 798
Azərbaycan klubunun hücumçusu koronavirusa yoluxdu - Cənubda

«Traktorsazi»nin perulu hücumçusu Uilyam Mimbelanın koronavirus testinin nəticəsi pozitiv çıxıb.

Sportinfo.az xəbər verir ki, testin cavabı Təbriz təmsilçisinin «Naft Abadan» ilə oyunundan öncə bəlli olub və o, dərhal karantinə alınıb.

Abadan şəhərində keçirilən matç 2:0 hesabı ilə Cənubi Azərbaycan klubunun xeyrinə yekunlaşıb.

Daha öncə komandanın 4 futbolçusu və 1 məşqçisində, eləcə də klubun idarə heyəti və tibbi personal üzvlərinin birində infeksiya aşkarlanmışdı.

Koronavirusa yoluxanların adları açıqlanmayıb.

«Traktor»un sahibi Məhəmməd Rza Zunuzi və komandanın tanınmış futbolçuları dəfələrlə koronavirusun geniş yayılması səbəbindən İran çempionatının yenidən başlamasının doğru olmadığını bildiriblər.

Digər Xəbərlər
Xəbər Lenti