Ruslar azərbaycanlıların millimizə yolunu bağladı

17 Yanvar 2020 21:40 Azərbaycan Futbolu 1 127
Ruslar azərbaycanlıların millimizə yolunu bağladı

Avrasiya İqtisadi Birliyinə (AİB) üzv olan ölkələrin futbolçuları 1 iyuldan etibarən Rusiya çempionatında legioner (Rusiya vətəndaşlığı olmayan əcnəbi futbolçu) sayılmayacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə Rusiya İdman Nazirliyi qərar çıxarıb.

Daha əvvəl AİB-ə üzv olan Belarusun futbolçularının legioner statusu ləğv olunmuşdu. 1 yanvar 2015-ci ildən fəaliyyət göstərən AİB-ə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir.

Bu isə o deməkdir ki, Ermənistan, Qazaxıstan və Qırğızıstan vətəndaşı olan futbolçular Rusiya çempionatında legioner limitinə düşməyəcək.

Hazırkı Rusiya Premyer Liqasının qaydalarına görə bir komanda start heyətdə maksimum 6 əcnəbi futbolçunun xidmətindən yararlana bilər. Rusiya çempionatında oynayacaq azərbaycanlılar isə yenə Rusiyada legioner sayılacaq.

Bu qaydaların Rusiyanın xokkey, voleybol, həndbol, basketbol, otüstü xokkey və su polosu idman növlərində də tətbiq olunması gözlənilir.

Tətbiq olunan yenilik AFFA-nın işini bir qədər də çətinləşdirəcək. Rusiyanın müxtəlif klubblarının aşağı yaş qruplarında onlarla soydaşımız çıxış edir. Hansı ki, orada doğulub və yaşadığı ölkənin vətəndaşı sayılır.

Onlar çətin ki, bundan sonra Azərbaycan millisinin formasını geyinməyə razılıq versinlər. AFFA onsuz daa Ayaz Quliyevi yığmaya gətirə bilmir, görün, irəlidə nələr olacaq.

Ramil Şeydayev kimi 1-2 futbolçu tarixi vətənini seçsə, sevinəcəyik. O da kimə və nəyəsə görə…

Digər Xəbərlər
Xəbər Lenti