"Azərbaycanda 6 il işlədim, hər şeyi qazandıq" - ÇXADADZE

16 Yanvar 2020 10:52 Azərbaycan Futbolu 987
"Azərbaycanda 6 il işlədim, hər şeyi qazandıq" - ÇXADADZE

"Ordabası"nın baş məşqçisi Kaxaber Çxadadze Qazaxıstan mətbuatına müsahibə verib.

Sportinfo.az xəbər verir ki, 2008/2015-ci illərdə Azərbaycanda çalışmış gürcüstanlı mütəxəssis vaxtilə baş məşqçisi olduğu "İnter" (indiki "Keşlə") haqda da fikirlərini bölüşüb.

"Azərbaycanda bir klubda altı il işlədim. Bu komanda ilə hər şeyi qazandıq. Hər il Avropa Liqasında çıxış edirdik. Nəticə varsa, deməli, düzgün iş gedir. İlk dəfə "Ordabası"ya gələndə klub çətin durumda idi. 2018-ci ildə məşqçilər heyəti və klub prezidenti əlmizdən gələn hər şeyi etdik. Futbolçular isə qəhrəmandırlar. Onlar 6-7 ay pul almasalar da, işlərini görməyə davam edirdilər".

Çxadadze 2008-ci ildə "Standard", 2009/15-ci illərdə isə "İnter"in baş məşqçisi olub. 2009/2010-cu illər mövsümündə Azərbaycan çempionu adını qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti