“Neftçi” ilə oyundan əvvəl də bizə heç kim inanmırdı"

30 Yanvar 2020 18:20 Avropa Liqası 1 241
“Neftçi” ilə oyundan əvvəl də bizə heç kim inanmırdı"

“Açığı, bu mövsüm çempionat istədiyimiz kimi getmir. Çempionatda stabil çıxış edə bilmirik. Təbii ki, belə olanda hə mətbuat, həm də azarkeşlər bizi tənqid edir".

Sportinfo.az xəbər verir ki, bunu İsrail mətbuatına açıqlamasında “Bney Yehuda”nın baş məşqçisi Yossi Abukasis deyib.

O, yayda Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdiyi oyunu xatırladıb: "Azarkeşlərə mövsümün əvvəlində “Neftçi” ilə oyun öncəsi gəzən söz-söhbətləri xatırladıram. O zaman da heç kim bizə inanmırdı. Sonra isə hər şey fərqli oldu. Deməli, bu komandada ayağa qalxa biləcək güc var”.

"Neftçi” İsrail təmsilçisinə iki görüşün heç birində qalib gələ bilməmişdi.“Ağ-qaralar” Bakıda 2:2 oynamış, səfərdə isə məğlub olmuşdular - 1:2.

Digər Xəbərlər
Xəbər Lenti