"Həyatımda yeni səhifə başlayır" - Türkiyə klubuna icarəyə verilən azərbaycanlı

6 Sentyabr 2023 09:20 Bizimkilər 1 162
"Həyatımda yeni səhifə başlayır" - Türkiyə klubuna icarəyə verilən azərbaycanlı

"Həyatımda yeni səhifə başlayır".

bunu İsveçrə “Qrasshopper”indən "Hatayspor"a icarəyə verilən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov şəxsi instaqram hesabında yazıb.

24 yaşlı hücumçu 2022-ci ilin yayından çıxış etdiyi Sürix təmsilçisinə müraciət edib:

"Kluba necə minnətdar olduğumu sözlə ifadə etmək asan deyil. “Qrasshopper”ə və azarkeşlərə qarşıdakı mövsüm üçün ən yaxşısını arzulayıram".

Dadaşov daha bir video paylaşaraq "Hatay, mən gəldim" söyləyib.

Renat Dadaşov ötən gün yeni klubunda tibbi müayinədən keçib.

Digər Xəbərlər
Xəbər Lenti