"Qarabağ"dan heç kimin gözləmədiyi "BOMBA" TRANSFER! – SON DƏQİQƏ

17 İyul 2020 23:20 Qarabağ 3 704
"Qarabağ"dan heç kimin gözləmədiyi "BOMBA" TRANSFER! – SON DƏQİQƏ

«Qarabağ» yeni transfer «bomba»sını partlatmağa hazırlaşır.

Bu barədə Sportinfo.az-a son dəqiqə məlumatı daxil olub.

Belə ki, Azərbaycan çempionu axtardığı yarımmüdafiəçini artıq tapıb. Ağdam klubu orta sahəni gücləndirəcək isimi Kiprdə tapıb.

Ötən mövsümü APOEL-də keçirən Uros Matiçlə danışıqlar başa çatıb. Bir-iki xırda detal dəqiqləşəndən sonra o, «Qarabağ»la 2+1 illik müqavilə bağlayacaq.

O, «Mançester Yunayted»in ulduzu Nemanya Matiçin kiçik qardaşıdır. Nemanyadan 1 yaş balaca olan Uros «Qarabağ»la 6 dəfə üz-üzə gəlib. Bunun ikisi 2017-ci ilə təsadüf edib.

Həmin vaxt «Kopenhagen»in şərəfini qoruyan serbiyalı Çempionlar Liqasının təsnifat mərhələsində Azərbaycan çempionuna qarşı forma geyinib.

Keçən sezon isə APOEL-in heyətində öncə ÇL-nın üçüncü təsnifat mərhələ oyunlarında, ardınca Avropa Liqasının qrup mərhələsində «Qarabağ»ın önünə çıxıb, hətta Bakıdakı görüşdə qol da vurub.

Balkanlı futbolçu Azərbaycana kimi 6 ölkədə legioner həyatı yaşayıb. Slovakiyada («Koşitse» / 2009-2013) 4 il keçirən yarımmüdafiəçi daha sonra Portuqaliyaya yollanıb. 1 il «Benifaka B»də çıxış edib.

2014-2016-cı illəri Niderlandda keçirib. «NAC Breda»nın uğurları üçün tər töküb. Ertəsi il Avstriyayay üz ututub, «Şturm»da (Qrats) özünü göstərib. 2017-ci ildə Danimarkada peyda olub,

«Kopenhagen»də cəmi 1 mövsüm keçirəndən sonra yenidən Avstriyaya dönüb. Bu dəfə Vyana «Austriya»sına. 2019-cu ilin yayında isə APOEL-lə müqavilə bağlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI