"Qarabağ"dan gözlənilən qayıdışla bağlı AÇIQLAMA

7 İyun 2020 09:40 Qarabağ 1 995
"Qarabağ"dan gözlənilən qayıdışla bağlı AÇIQLAMA

"Geryenin gəlmək istəyində olmasından məlumatlı deyiləm".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qarabağ"ın direktoru Əmrah Çəlikəl deyib.

O, Donald Geryenin "Neftçi"dən ayrıldıqdan sonra Ağdam klubuna qayıtmaq fikrinə düşməsinə münasibət bildirib. 2017-2019-ci illərdə "köhlən atlar"ın şərəfini qoruyan haitili müdafiəçiyə, deyəsən, hələ bir müddət gözləmək lazım gələcək:

"Onun adının "Qarabağ"la hallanmasını mediadan mən də görürəm. Gerye ilə bağlı ona hansısa müraciətimiz və ya görüşümüz olmayıb. Hal-hazırda bütün diqqətimizi qarşıdakı oyunlara yönəltmişik. Çempionatın bundan sonrakı taleyini düşünürük".

Digər Xəbərlər
Xəbər Lenti