"Sabah"ın prezidenti Maqsud Adıgözəlovun Klublar Komitəsinin sədri kimi səlahiyyət müddəti başa çatıb.
Sportinfo.az xəbər verir ki, bu barədə "report"a açıqlamasında funksioner bildirib.
Onun sözlərinə görə, qurumda yeni sədrin seçilməsi məsələsi növbəti iclasda müzakirə ediləcək.
Maqsud Adıgözəlov avqustun 23-də baş tutan son toplantı barədə də danışıb:
"Komitənin gələcəkdə daha effektli fəaliyyət göstərməsi istiqamətində bəzi müzakirələr aparıldı. Hələlik hər hansı qərar qəbul edilməyib.
Qarşıdakı görüşlərdə bu dəyişikliklərin hansı formada olacağına tam aydınlıq gələcək. Bu dəyişikliklər klubların təklifləri, ümumi müzakirə nəticəsində müəyyənləşdiriləcək".
Maqsud Adıgözəlov 2023-cü il oktyabrın 19-da Klublar Komitəsinin sədri seçilib.